Əsas Səhifə > Dünya > Türkiyədə insan alveri ilə məşğul olan 22 nəfərlik qrup ələ keçirilib

Türkiyədə insan alveri ilə məşğul olan 22 nəfərlik qrup ələ keçirilib


16-08-2020, 10:19

 

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda insan alveri ilə məşğul olan 22 nəfərlik qrup ələ keçirilib.


Cinayətkarlar Muğla Şəhəri Təhlükəsizlik İdarəsinin Asayiş şöbə müdirliyi ilə Bodrum prokurorluğu tərəfindən 6 ay davam edən tədqiqatların nəticəsində saxlanılıb. Onlardan 14-ü həbs edilib.

Ölkənin İzmir vilayətində ələ keçirilən qrup liderinin illik gəlirinin 5 milyon türk lirəsi olduğu bildirilir.

Əməliyyat nəticəsində saxlanılan 29 əcnəbi qadın ölkələrinə göndərilmək məqsədilə Türkiyənin Miqrasiya Xidmətinə təhvil verilib.


Şəffaflıq.az
Geri qayıt