Əsas Səhifə > Dünya > Türkiyədə yaşı 65-dən yuxarı olanlara yenidən qadağa qoyulub

Türkiyədə yaşı 65-dən yuxarı olanlara yenidən qadağa qoyulub


16-08-2020, 10:04

 

Türkiyənin bir çox vilayətlərində yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar yenidən qadağalar tətbiq olunmağa başlanıb.

Şəffaflıq.az-ın yerli bürosunun xəbərlərinə görə, bu barədə Düzce, Yalova, Malatya, Siirt, Sivas, Gaziantep, Kayseri, Bartın, Batman, Bursa, Kırıkkale vilayətlərində yayılan xəbərdarlıqda bildirilib.

Hər vilayət valisinin fərqli qadağaları olsa da, adıçəkilən bütün bölgələrdə yaşı 65 yaşdan yuxarı olanların hər vilayət üzrə müxtəlif saatlarda küçəyə çıxmaları məhdudlaşdırılıb. Bəzi vilayətlərdə kütləvi keçirilən mərasimlərə yaşı 15-dək olanların da buraxılması qadağan edilib.

Geri qayıt