Əsas Səhifə > Dünya > Belarusda güc sturukturları etirazçılarla həmrəy oldu

Belarusda güc sturukturları etirazçılarla həmrəy oldu


14-08-2020, 19:09

 

Müstəqillik meydanında, Belarus hökumət evinin və MSK binasının yerləşdiyi ərazidə güc strukturları əməkdaşları nümayişçilərlə həmrəylik əlaməti olaraq əllərindəki qalxanları endirib.

Şəffaflıq.az bildirir ki, bu barədə “TASS” xəbər verib.

Həmin əraziyə toplaşan minlərlə insan Prezidentin istefasını tələb edir.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən Aleksandr Lukaşenko növbəti dəfə prezident seçilib.

Geri qayıt