Əsas Səhifə > Dünya > Belarusda hakimiyyətin ötürülməsinin koordinasiya şurası yaradıldı

Belarusda hakimiyyətin ötürülməsinin koordinasiya şurası yaradıldı


14-08-2020, 19:03

 

Belarusda keçirilən son prezident seçkilərində A.Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin koordinasiya şurasını yaratdığını elan edib.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat S.Tixanovskayanın seçki qərargahının “Telegram” kanalında yer alıb.

“Bu şuraya bütün vətəndaş cəmiyyətləri, hörmətli və tanınmış belaruslar və öz işinin peşəkarları daxil ola bilər”, - müraciətdə qeyd olunub.

S.Tixanovskaya bu işi müvəkkili Olqa Kovalkova və vəkil Maksim Znaka həvalə edib.

Geri qayıt