Əsas Səhifə > Gündəm > AZƏRBAYCANDA BUGÜNKÜ KORONAVİRUSA YOLUXMA SAYI AÇIQLANDI - 3 nəfər vəfat edib
AZƏRBAYCANDA BUGÜNKÜ KORONAVİRUSA YOLUXMA SAYI AÇIQLANDI - 3 nəfər vəfat edib13-08-2020, 21:36 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək koronavirus (COVID-19) infeksiyasından 500 nəfər ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, İndiyədək ölkədə ümumilikdə 33 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, 2 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Şəffaflıq.az Geri qayıt |