Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət


13-08-2020, 21:24

 

Son gün ərzində Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 912 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 243 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 245 635-ə yüksəlib.

Eyni zamanda son sutkada virusa yoluxmuş 1 243 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 228 057 nəfər təşkil edir.

Geri qayıt