Əsas Səhifə > Gündəm > Azərbaycanda koronavirusla bağlı vəziyyət
Azərbaycanda koronavirusla bağlı vəziyyət11-08-2020, 22:23 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib, 2 380 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 318, ötən müddət ərzində isə ümumilikdə 796459 test aparılıb. Şəffaflıq.az Geri qayıt |