Əsas Səhifə > İdman / Cəmiyyət > Şamaxı rayonunda 26 fevral "Xocalı Soyqırımına" həsr olunmuş məktəbli şagirdlər arasında tir atıcılığı üzrə rayon birinciliyi keçirilib.
Şamaxı rayonunda 26 fevral "Xocalı Soyqırımına" həsr olunmuş məktəbli şagirdlər arasında tir atıcılığı üzrə rayon birinciliyi keçirilib.25-02-2019, 20:42 |
Şamaxı rayonunda 26 fevral "Xocalı Soyqırımına" həsr olunmuş məktəbli şagirdlər arasında tir atıcılığı üzrə rayon birinciliyi keçirilib. Şəffaflıq.az bikldirir ki,Şamaxı rayon Gənclər və İdman İdarəsi, Şamaxı Olimpiya Mərkəzi ilə birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq məktəbli şagirdlər arasında 25 fevral 2019-cu il tarixində Şamaxı Olimpiya Mərkəzində "Xocalı Soyqırımına" həsr olunmuş tir atışı üzrə rayon birinciliyi keçirmişdir. Keçirilən yarışa şəhərin 10 ümumtəhsil tam orta məktəbləri üzrə 50 nəfər şagirdi cəlb edilmişdir. Tədbirdə həmçinin Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev də iştirak etmişdir. Tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov açıq elan etdikdən sonra Şamaxı Olimpiya Mərkəzinin direktoru Səbuhi Qarayev və Şamaxı Təhsil şöbəsinin metodisti Vaqif Qasımov çıxış edərək məktəb şagirdlərə uğurlar arzu etdilər. Məktəblər ardıcıllıqla tir atıcılığı üzrə çıxış etdikdən sonra hakimlər heyyəti tərəfindən aşağıda adları göstərilən komandalar qalib olublar. Şamaxı şəhər 9 saylı tam orta məktəbinin komandası I-yerə, Şamaxı şəhər THTF təmaüllü internat tipli liseyin komandası II- yerə, Şamaxı şəhər Avropa liseyinin komandası III- yerə Qalib gəlmiş komandalar Şamaxı rayon Gənclər və İdman idarəsi, və Şamaxı Olimpiya Mərkəzi tərəfindən müvafiq diplom, qiymətli hədiyyələr, kuboklar və medallarla təltif olunublar. Vahid Şəffaflıq.az Geri qayıt |