Əsas Səhifə > Gündəm > Prezidentin köməkçisi: "Növbəti həftələrdə - avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur"
Prezidentin köməkçisi: "Növbəti həftələrdə - avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur"8-08-2020, 22:14 |
Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur. Şəffaflıq.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: “Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”. Geri qayıt |