Əsas Səhifə > Dünya > Beyrutdakı partlayışda 300 erməni yaralanıb - rəsmi
Beyrutdakı partlayışda 300 erməni yaralanıb - rəsmi8-08-2020, 10:32 |
Son məlumatlara görə, 4 avqustda Livanın paytaxı Beyrutda baş verən partlayışda yaralanan ermənilərin sayı 300 nəfərdir. Şəffaflıq.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan açıqlamasında bildirib. Məlumata görə, bu günədək ölən ermənilərin sayı 13-dür. Erməni mediası ölənlərin adlarını da dərc edib. Livanın paytaxtındakı limanda baş verən dəhşətli partlayış nəticəsində 154 nəfər ölüb, 5 min nəfər yaralanıb. Ümumilikdə 300 min nəfərə ziyan dəyib. Bu arada, Ermənistan rəhbərliyi evsiz-eşiksiz qalmış Livan ermənilərinin Ermənistana və işğal altındakı Qarabağ torpaqlarına köçürülməsi üçün cəhdlər göstərirlər. Bu günlərdə erməni fəallar və rəsmi şəxslər “bir nəfər də evsiz qalmamamılıdr” deyərək, Livan ermənilərinin köçünü təşkil etməyə çalışmaqdadırlar. Geri qayıt |