Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > AQTA daha 103 obyektdə pozuntular aşkarlayıb

AQTA daha 103 obyektdə pozuntular aşkarlayıb


7-08-2020, 20:46

 

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan  verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən avqustun 6-sı Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 62 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 241 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 103-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Hermes”, “VİP”, “Bərəkət”, “Vüqar”, “Kübar”, “Praqa”, “Super”, “Dondurma” marketlər, Hüseynov Nazim Ayaz oğluna və Əsgərov Əsgər Bahadur oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Xaçmaz rayonunda Ağayev Rifaq Sabir oğluna, Hüseynov Ramin Şəfayət oğluna məxsus ət satışı mağazaları (fəaliyyətləri məhdudlaşdırılmışdır), “Bərəkətli” market

Qusar rayonunda “444”, “Xutorok”, “Xıdır”, “Şahnabat” restoranları, Axundlu Səxavət Vahid oğluna, Balakişiyev İmran Muxtar oğluna, Nəsruyev Vladik Ramaldin oğluna, Vəlimətova Təhminə Hüseynbala qızına məxsus kafelər

Şamaxı rayonunda Adıgözəlov Araz Seyid oğluna, Məmmədov Sadıq Zayıd oğluna, Quliyeva Nubar Bayram qızına, Məmmədov Sabir Balaş oğluna məxsus marketlər, Qarayev Rauf Ənvər oğluna məxsus yeməkxana, Həsənov Vüsət Nəriman oğluna məxsus kafe

Ağsu rayonunda Abdullayev Adil Məhəmməd oğluna məxsus ət satışı mağazası, Həsənov Anar Əli oğluna və Valehli İlkin Mahir oğluna məxsus kafelər, Məmmədova Aynur Əflatun qızına, Nuriyev Teyyub Rufulla oğluna məxsus ərzaq mağazaları

İsmayıllı rayonunda Əsgərli Vasif Nemət oğluna məxsus kafe, Alızadə Toğrul Vüqar oğluna, Bəşirov Asif Baba oğluna, Şirinova Aynur İslam qızına, Şalbızov Azad Nəriman oğluna, Səlimov Kamran Mustafa oğluna, Qurbanova Lətifə Əli qızına məxsus marketlər

Göyçay rayonunda İsmayılov Tərlan Cavid oğluna, Məmmədrəhimov Rahim Səlim oğluna, Məmmədrəhimov Arif Səlim oğluna, Əhmədov Elmir Məhəmmədzahir oğluna, Cəbiyev Tələt Neyman oğluna, Adıgözəlov Şahin İsrayıl oğluna, Məmmədov İlham Qurban oğluna, İsmayılov Elnur Cavid oğluna, Məmmədov Elşən Nusrət oğluna, Vəlixanov Azad Feyzulla oğluna, Hüseynov Orxan Nəsib oğluna, Kazımov Cəlal Yaşadur oğluna, Verdiyev Hüseyn Nurməmməd oğluna, Cəfərov Ariz Nəcəf oğluna, Səmədov Qara Nəbi oğluna, Cəfərov Araz Nəcəf oğluna məxsus ət satışı mağazaları

Kürdəmir rayonunda Sədiyev Əfqan Abdulla oğluna və Xəlilov İsa Sədi oğluna məxsus kafelər, Kərimov Nicat Müsübət oğluna məxsus market

Şirvan şəhərində Qurbanov Rövşən Məcid oğluna, Abdullayev Vüqar Vahid oğluna, İsmayılov Fikrət Əliqulu oğluna məxsus kafelər

Sabirabad rayonunda Ələkbərov Vüqar Ələkbər oğluna, Cəfərov Miryaqub Yaqub oğluna, Xəlilov Namik Gülağa oğluna və Zeynalov Aqşin Hafis oğluna məxsus kafelər

Yardımlı rayonunda Həsənov Rəvan Əlövsət oğluna məxsus market

Lənkəran şəhərində Həsənzadə Mirəziz Qulu oğluna, Qurbanov Zaur Asif oğluna, Əliyev Tapdıq İsmayıl oğluna, Miriyev Faraqat Damad oğluna, Hüseynov Namiq Zakir oğluna məxsus kafelər

Yevlax rayonunda “Dalğa”, “Uğur”, Əlizadə Tural Cümşüd oğluna məxsus kafelər, “Gülnar”, “Uğur”, “Araz Oscar” marketlər, Rəsulov Saleh Qeysər oğluna, İmanov Şəmsəddin Musa oğluna məxsus ərzaq mağazaları

Gəncə şəhərində “Elnur”, “Nəvəmin”, “Bizim”, “Ayxan”, “SN”, “Nəzrin”, “Makro”, “Ümüd”, “Rza”, “Elcan” marketlər, Qasımov Daşqın Məhərrəm oğluna, Cəfərov İkram Nadir oğluna, Hüseynov Şəqayət Vilayət oğluna, Məmmədov Nihad Azər oğluna, Məmmədova Firuzə İsa qızına, Məmmədova Bəynaz Həsənqulu qızına, Tağıyev Etibar Sabir oğluna məxsus ərzaq mağazaları

Qazax rayonunda “Qərb qapısı”, “Buta”, “Sərin göl” kafeləri

Ağstafa rayonunda “Limon”, “Samovar”, “Sərinlik”, “Karvan” kafeləri

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Şəffaflıq.az 
Geri qayıt