Əsas Səhifə > Dünya > Livanda baş verən partlayışda ölənlərin sayı artdı

Livanda baş verən partlayışda ölənlərin sayı artdı


7-08-2020, 08:45

 

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış zamanı ölənlərin sayı 149 nəfərə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Lorient-Le Jour" yerli qəzeti Səhiyyə Nazirliyinə istinadən bildirib.

Daha əvvəl hadisə zamanı 137 nəfərin həlak olduğu, təxminən 5 min nəfərin xəsarət aldığı bildirilirdi.

Beyrut limanında güclü partlayış çərşənbə axşamı, ölkənin Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında baş verib. Partlayışın zərbəsi onlarla evə, avtomobilə, yaşayış məhəllələrinə ziyan vurub, şüşələr sındırılıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayışa 2014-cü ildə gömrük xidməti tərəfindən müsadirə olunaraq anbarda saxlanılan 2 750 ton ammonium nitrat səbəb olub. Hadisə ilə əlaqədar limanın 16 əməkdaşı saxlanılıb. Onlar arasında limanın direktoru da var.

Geri qayıt