Əsas Səhifə > Dünya > Türkiyə parlamentində 44 nəfər koronavirusa yoluxub

Türkiyə parlamentində 44 nəfər koronavirusa yoluxub


6-08-2020, 19:42

 

Türkiyə Böyük Millət Məclisində 44 koronavirusa yoluxma faktı aşkarlanıb.

Şəffaflıq.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə TBMM sədri Mustafa Şentop məlumat verib. Onun sözlərinə görə, parlamentdə fəaliyyət göstərən 35 işçi və 9 millət vəkili COVID-19-a yoluxub.

“5 deputatın müalicəsi xəstəxanada, 4-nün isə evdə aparılır”, - deyə spiker sözlərinə əlavə edib.

Qeyd edək ki, Türkiyədə bu günə qədər 234 min 934 nəfər koronavirusa yoluxub, 5 765 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Geri qayıt