Əsas Səhifə > İdman > Çempionlar Liqası bərpa olunur

Çempionlar Liqası bərpa olunur


6-08-2020, 19:34

 

Sabah Çempionlar Liqasının 2019/20 mövsümü bərpa olunacaq.


Şəffaflıq.az Apasport.az saytına istinadən xəbər verir ki, 5 aylıq fasilədən qitənin ən nüfuzlu klub turnirində 1/8 finalın cavab oyunları çərçivəsində 4 matç keçiriləcək.

İki günü əhatə edəcək bu qarşılaşmalardan sonra Portuqaliyada təşkil olunacaq həlledici mərhələnin bütün iştirakçıları bəlli olacaq. 1/4 finaldan başlayaraq bütün görüşlər eyni ölkədə keçiriləcək.

İlk oyun günündə “Yuventus” “Lion”u, “Mançester Siti” “Real”ı qəbul edəcək. Turindəki görüşdə meydan sahibləri ilk oyundakı minimalhesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Digər qarşılaşmada isə qonaq komanda revanş üçün mübarizə aparacaq.

Ertəsi gün daha iki 1/4 finalçı müəyyənləşəcək. Səfərdə rəqibini darmadağın edən “Bavariya”nın “Çelsi”ni keçməsi şübhə doğurmur. “Barselona” isə İtaliyada heç-heçə oynadığı “Napoli”ni qonaq edəcək.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 final oyunları avqustun 12-13-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

7 avqust

23:00. “Yuventus” (İtaliya) – “Lion” (Fransa)

Baş hakim: Feliks Zvayer (Almaniya)

Turin. “Yuventus” stadionu

İlk oyun – 0:1

23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)

Baş hakim: Feliks Brix (Almaniya)

Mançester. Şəhər stadionu

İlk oyun – 2:1

8 avqust

23:00. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə)

Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)

Münhen. “Alyans Arena”

İlk oyun – 3:0

23:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Barselona. “Nou Kamp” stadionu

İlk oyun – 1:1

Geri qayıt