Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / Cəmiyyət > Əhaliyə şad xəbər - Əlavə sənədləri təqdim etməsinə ehtiyac qalmayacaq.Ailə Məcəlləsinə vacib dəyişiklik edildi.
Əhaliyə şad xəbər - Əlavə sənədləri təqdim etməsinə ehtiyac qalmayacaq.Ailə Məcəlləsinə vacib dəyişiklik edildi.24-02-2019, 17:29 |
Azərbaycan Respublikasının Ailə Məcəlləsində edilmiş son dəyişiklik qüvvəyə minib. Şəffaflıq.az xəbər verir ki, Ailə Məcəlləsinin 164.1-ci maddəsində "təqdim edildikdə” sözləri "əsasında” sözü ilə əvəz edilib və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: "Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur.”. Qeyd edək ki, 164-cü maddə vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması barədədir. Dəyişiklikliyin qüvvəyə minməsi ilə əhalinin vətəndaşlıq vəziyyəti ilə bağlı qeydiyyatı və ya arayış alması zamanı elektron informasiya sistemində əldə edilməsi mümkün olan əlavə sənədləri təqdim etməsinə ehtiyac qalmayacaq.Publika.az Geri qayıt |