Əsas Səhifə > Dünya > Braziliyanın PA rəhbəri koronavirusa yoluxdu
Braziliyanın PA rəhbəri koronavirusa yoluxdu4-08-2020, 22:13 |
Braziliyanın Prezident Administrasiyasının rəhbəri Valter Braqa Nettonun koronavirus test nəticəsi pozitiv çıxıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə administrasiyanın Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Braqa özünü yaxşı hiss edir və onda heç bir simptom müşahidə olunmur. Onun hazırda özünü təcrid etdiyi və işinə məsafədən davam edəcəyi qeyd olunub. Xatırladaq ki, keçən həftə Braziliya Prezidentinin həyat yoldaşı Mişel Bolsonaro və Elm və Texnologiya naziri Markus Pontesin də koronavirusa yoluxduğu açıqlanmışdı. Geri qayıt |