Əsas Səhifə > Dünya > Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı


4-08-2020, 22:08

 

Estoniyanın Sağlamlıq Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb. 

Şəffaflıq.az bildirir ki, bu barədə “Postimees” quruma istinadən xəbər verib.

“Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, artıq Estoniyada COVID-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar”, - Departamentdə deyiblər.

Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş Nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.

Qeyd edək ki, Estoniyada 2 091 nəfər koronavirusa yoluxub, 63 xəstə vəfat edib, 1 937 nəfər sağalıb. 

Geri qayıt