Əsas Səhifə > Dünya > İsveç heç vaxt karantin tətbiq etməməklə nə qazandı...
İsveç heç vaxt karantin tətbiq etməməklə nə qazandı...4-08-2020, 22:04 |
Avropada Belarusla yanaşı, İsveç də karantin rejiminin tətbiqindən boyun qaçırmışdı.Dünya Səhiyyə Təşkilatının təzyiqi də işə yaramadı. Son günlər İsveçdə virusa yoluxma halı kəskin aşağı düşüb. Şəffaflıq.az xəbər verir ki, avqustun 4-də cəmi 37 isveçlidə infeksiya aşkarlanıb. Dünən 166 nəfərin virusa yoluxduğu bildirilsə də, srağagün cəmi 38 belə hal qeydə alınmışdı. Karantin rejimindən imtina İsveçə nə qazandırdı? Ölkənin keçmiş maliyyə naziri Anders Borq “Svenska Dagbladet”ə müsahibəsində düzgün yol seçildiyini bildirib. Onun fikrincə, sosial müdafiə proqramlarından yaxşı istifadə İsveçə çətin günləri geridə qoymağa kömək edib. Borq bundan başqa, ölkənin turizm gəlirlərindən asılı olmamasını da xüsusi qabardıb. Keçmiş maliyyənin fikrincə, İsveç həm də ona görə düz addım atıb ki, iqtisadiyyatın dayanmasına imkan verməyib. Onun proqnozuna görə, ümumdaxili məhsulun həcminin azalması baxımından Skandinaviya dövləti xeyli ölkələri geridə qoyacaq. Keyfiyyətli internet insanların evdən işləməsinə də şərait yaradıb. Yəni İsveçdə heç bir sahəni axsamağa qoymayıblar. “Biz işin öhdəsindən başqalarından daha yaxşı gələcəyik”, - Borqun sözləridir. “Standard & Poors” reytinq agentliyi hesab edir ki, İsveç Avropanın başqa dövlətlərinə nisbətən böhrandan daha tez çıxacaq. Amma iş orasındadır ki, İsveç iqtisadi göstəricilərə görə Skandinaviyanın digər ölkələrinə uduzur. Norveçdə və Danimarkada vəziyyət bir az da yaxşıdır. İsveç hökumətinin karantin rejimindən imtinası iqtisadçılar arasında böyük mübahisəyə səbəb olmuşdu. Əksəriyyət hesab edirdi ki, ölkə çox dərin böhrana girəcək. Amma proqnozlar və reallıq başqa şey deyir. “Skandinaviska Enskilda Banken” ikinci kvartalda ümumdaxili məhsulda azalmanın 8 faiz olduğunu açıqlayıb. Halbuki, Almaniyada 10.1, Fransada 13.8, İtaliyada 18.5, ABŞ-da isə 32.9 faizdən söhbət gedir. Geri qayıt |