Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub, 647 nəfər sağalıb, 6 nəfər vəfat edib
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub, 647 nəfər sağalıb, 6 nəfər vəfat edib3-08-2020, 19:49 |
Azərbaycanda koronavirus infeksiyasına yeni 241 yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfəri müalicə olunaraq sağalıb, 468 nəfəri vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb. Şəffaflıq.az Geri qayıt |