Əsas Səhifə > Dünya > Ağ Evin qərargah rəisi: "Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"
Ağ Evin qərargah rəisi: "Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"2-08-2020, 23:20 |
“ABŞ prezidenti Donald Tramp prezident seçkilərinin təxirə salınması ehtimalını nəzərdən keçirməyib. Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək”. Şəffaflıq.az bildirir ki, bu barədə Ağ Evin qərargah rəisi Mark Meadous bazar günü CBC-ə verdiyi müsahibədə məlumat verib. O, əlavə edib ki, noyabrın 3-də seçkilər keçiriləcək və prezident Tramp qalib olacaq: “Müzakirələr yalnız səsvermənin poçt vasitəsilə həyata keçirilməsinə aiddir. Bu, ölkə üçün pis bir fikirdir”. Mark Meadous bildirib ki, seçkinin bu formatda keçirilməsinə Tramp da qarşıdır: “Çünki gecikmə olacaq, səlahiyyətli şəxslər hələ bu formatda seçki keçirməyə hazır deyillər”. Qeyd edək ki, ABŞ-ın 59-cu prezident seçkiləri noyabrın 3-nə təyin edilib. Geri qayıt |