Əsas Səhifə > Dünya > Ərəb dünyasında ilk yaşandı
Ərəb dünyasında ilk yaşandı1-08-2020, 20:18 |
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ərəb dünyasında ilk atom elektrik stansiyası – “Baraka” (Barakah nuclear power plant) işə salınıb. Şəffaflıq.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib. Stansiyanın işə salınması barədə BƏƏ-nin Baş Naziri, vitse-prezidenti və Dubay əmiri Məhəmməd bin Rəşid Əl-Maktum danışıb. “Bu gün biz BƏƏ-nin ərəb dünyasında dinc məqsədlər üçün ilk atom reaktorunun işə salınmasında uğurunu elan edirik”, - o, tvitterdə yazıb. Onun sözlərinə görə, BƏƏ hakimiyyətinin məqsədi ölkənin elektrik enerjisinə olan tələbatının dörddə birini təmin edəcək dörd AES-in işə salınmasıdır. "Ərəblər öz elmi karyeralarını davam etdirə və böyük xalqların qalan hissəsi ilə rəqabət apara bilərlər", — deyə o yazıb. Stansiya Abu-Dabidən 250 km aralıqda, Fars körfəzinin Əl-Qərbiyə bölgəsindəki sahilində yerləşir. O, ABŞ-ın Palo-Verde (Arizona ştatı) Atom Elektrik Stansiyasının layihəsi əsasında tikilib. Geri qayıt |