Əsas Səhifə > Dünya > Alimlər Kainatın dəqiq yaşını müəyyənləşdiriblər
Alimlər Kainatın dəqiq yaşını müəyyənləşdiriblər1-08-2020, 07:34 |
Kainatın 12 milyarddan çox yaşı olduğu məlum olub. Şəffaflıq.az “Astronomical Journal”a istinadən xəbər verir ki, bu qənaətə ABŞ və Böyük Britaniyanın alimləri gəlib. Araşdırmaçılar “Habbl” kosmik teleskopunun Kainatın yaşını hesablamaqda istifadə olunan sabit qiymətini dəqiqləşdiriblər. Bunun üçün yeni hesablama metodu əsas götürülüb. Müasir dövrdə Kainatı yaradan Böyük partlayışdan nə qədər zamanın keçməsini hesablamaq üçün alimlər kompüter modelləşdirməsinə müraciət edirlər. Bu metod qoca ulduzların uzaqlığı, həmçinin qalaktikanın davranışı və Kainatın genişlənmə sürətinə əsaslanır. Bu hesablamanın əsas parametrlərindən biri də Habbl sabitidir. Sabitin adı Edvin Habblın şərəfinə qoyulub. E.Habbl 1929-cu ildə ilk dəfə Kainatın genişlənmə sürətini hesablayıb. Amerikalı və britaniyalı fiziklər Habbl əmsalından asılı olmayan yeni metoda müraciət ediblər. Onlar bunun yerinə Talli-Fişer asılısının empirik müşahidəsini istifadə etməyə qərar veriblər. Bu asılı kütlə və ya spiral qalaktikaların işıqlılığını fırlanma sürətilə əlaqələndirir. Bildirilib ki, 50 qalaktikayadək məsafəni dəqiq bilən fiziklər daha 95 qalaktikaya olan uzaqlığı təyin ediblər. Bundan başqa, araşdırmaçılar Talli-Fişer münasibət dəhlizinin dəqiq qiymətini hesablayıblar. Dəqiq hesablanmış kütlə və qalaktikaların fırlanma sürəti sayəsində tədqiqatçılar riyazi yolla Kainatın yaşı və genişlənmə sürətini hesablaya biliblər. Alimlərin gəldiyi nəticəyə görə, Habbl sabiti hər meqaparsekə 75,1±2,3 km/s-ə bərabərdir. Kainatın yaşı isə təxminən 12,6 milyard ildir. Geri qayıt |