Əsas Səhifə > Dünya > Koronavirusa qarşı peyvənd əldə etmək uğrunda savaş - cəngəllik qanunları hökm sürür
Koronavirusa qarşı peyvənd əldə etmək uğrunda savaş - cəngəllik qanunları hökm sürür31-07-2020, 22:05 |
COVİD-19 əleyhinə peyvəndin tapılması hər şeyin bitdiyi mənasına gəlmir. “Reuters” agenltiyinin mövzuya həsr olunnuş xüsusi məqaləsində burada əsl “qurd qanunu”nun hökm sürdüyü qeyd olunub. Səhiyyə sahəsində fəaliyyət göstərən qlobal təşkilatlar isə bunun olduqca qorxulu proses olduğunu bildirərək həyəcan təbili çalırlar. Belə ki, varlı dövlətlər dərman istehsalçıları ilə təklikdə müqavilə bağlayaraq yalnız öz vətəndaşları üçün milyonlarla dozalıq peyvənd əldə edirlər. ABŞ və Avropa Birliyi artıq “Pfizer”, “BioNtech”, “AstraZeneca” və “Moderna” kimi ikili razılaşmalar imzalayıb. Hər kəsin COVİD-19 peyvəndlərinə ədalətli şəkildə paylanması uğrunda çalışn COVAX adlı beynəlxalq sxemin qurucu təşkilatlarından “GAVİ” alyansının rəhbəi Set Berkli vəziyyətin olduqca acınacaqlı olduğunu dilə gətirib. Çünki “Pfizer” şirkəti artıq Avropa Birliyi ilə eksperimental peyvəndlərin tədarükü ilə əlaqədar danışıqlar apardığını təsdiqləyib. Böyük Britaniya isə “GlaxoSmithKline” və “Sanofi” firmalarının istehsal etməyə hazırlaşdığı peyvəndin 60 milyonluq dozasını almaq niyyətindədir. “Sərhədsiz həkimlər” təşkilatının fikrincə bütün bunlar dünyada peyvəndin sadəcə varlı ölkələrin əlində toplanmasına, hətta “peyvənd millətçiliyi” kiimi təhlükəli tendensiyanın yaranmasına gətirib çıxaracaq. Çünki eyni proses vaxtilə 2009/2010-cu illərdə baş verən H1N1 qripinə gətirib çıxaran virusa qarşı ortaya çıxarılan peyvənddə də baş vermişdi. İlkin mərhələdə zəngin ölkələr demək olar ki, bütün ehtiyatları əllərində cəmləşdirib, kasıb dövlətlərin əhalisini ölümlə üz-üə qoymuşdular. “Qorxduğumuz başımıza gəlir və “hər kəsin özünə cavabdehlik daşıdığı” qaydaları hökm sürür. Əgər peyvəndlər sadəcə 30-40 ölkədə toplansa və 150-dən çox dövlət bundan məhrum qalsa epidemiya fırtınası davam edəcək”, - deyə Kasıblıqla mübarizə və profilaktik xəstəliklərlə mücadilə üzərində ixtisaslaşan “One Campaign” qeyri-hökumət təşkilatının direktoru Geyl Smit agentliyə dnaşıb. “Bu virus ildırım sürətlə yayılır. Hər kəs sağalmasa heç kim normal biznes, turist, səyahət, ticarətlə məğul ola bilməz”,-deyə GAVİ-dən Set Barkli bildirib. Şəffaflıq.az Geri qayıt |