Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > DOST mərkəzlərində vətəndaş qəbulu bərpa olunur

DOST mərkəzlərində vətəndaş qəbulu bərpa olunur


30-07-2020, 13:21

 

Avqustun 5-dən etibarən DOST mərkəzlərində vətəndaş qəbulu bərpa ediləcək.

Şəffaflıq.az xəbər verir ki, mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq.

Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl ediləcək.

Əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılacaq. Mərkəzlərə gələn vətəndaşların da qoruyucu maskalarından istifadə etmələri və sosial məsafə saxlamaları tövsiyə edilir.

Qeyd edək ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iyunun 21-dən etibarən DOST mərkəzlərində xüsusi iş rejimi tətbiq edilirdi.

Vətəndaşların müraciətləri e-poçt və Çağrı Mərkəzi 142 vasitəsilə qəbul edilirdi.

Geri qayıt