Əsas Səhifə > Dünya > Rusiya və ABŞ kosmik təhlükəsizlik üzrə danışıq aparıb - Son 7 ildə ilk dəfə

Rusiya və ABŞ kosmik təhlükəsizlik üzrə danışıq aparıb - Son 7 ildə ilk dəfə


29-07-2020, 15:28

 

Avstriyanın paytaxtı Vyana şəhərində son 7 ildə ilk dəfə Rusiya və Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndə heyətləri kosmosda təhlükəsizlik məsələləri üzrə danışıq aparıblar. Görüş 13 saatdan artıq çəkib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti xəbər verib.

İdarənin məlumatına görə, görüş zamanı «məsələlərin geniş spektri» müzakirə olunub. Hər iki tərəf diskusiya və operativ məsələlər üzrə kommunikasiyaların yaxşılaşdırılmasının davam etdirilməsində maraqlı olduğunu təsdiqləyib.

Qeyd olunur ki, kosmosda «məqsədli olmayan gərginliyin» və insidentlərin aradan qaldırılması üçün rabitə kanallarının yaxşılaşdırılması qaçılmazdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ kosmik münaqişələrin qaşısının operativ şəkildə alınması üçün xüsusi rabitə xəttinin yaradılmasını Rusiyaya təklif edib.


Şəffaflıq.az
Geri qayıt