Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib27-07-2020, 21:41 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib. Bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. Dövlət Komitəsinin kollegiyası 13 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə problemləri şöbəsinin müdiri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin müdiri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin müdiri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Regional mərkəzlərlə iş şöbəsinin müdiri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri Şəffaflıq.az Geri qayıt |