Əsas Səhifə > Dünya > Fransa sərhədləri yenidən bağlaya bilər

Fransa sərhədləri yenidən bağlaya bilər


25-07-2020, 20:00

 

Fransa hökuməti koronavirusun yayılması səbəbiylə sərhədləri yenidən bağlaya biləcəyini bildirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə naziri Olivye Veran "Pais" qəzetinə müsahibəsində açıqlama verib: "Heç bir şeyi əvvəlcədən istisna etmək olmaz. Qarşılıqlılıq prinsipini qorumaq, dialoq aparmaq, məlumat mübadiləsi aparmaq və zərurət olduqda tədbirlər haqqında razılaşmaq vacibdir".

Nazir bildirib ki, yerli hakimiyyət orqanları hər gün, hər bölgədə epidemioloji vəziyyətin inkişafını izləyir. Əhalinin yenidən təcrid edilməməsi üçün Avropa ölkələri arasında bir kompromisin olub-olmaması sualını şərh edən Veran, indi bu vəziyyətə qayıtmamaq üçün mümkün bütün tədbirlərin görüldüyünü bildirib.

Geri qayıt