Əsas Səhifə > Dünya > Çində ötən sutka ərzində 21 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Çində ötən sutka ərzində 21 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb


24-07-2020, 08:24

 

Çində ötən sutka ərzində 21 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Şəffaflıq.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarından 6-sı xaricdən gələn vətəndaşlarda, 15-i isə ölkə daxilində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 43 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 750 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Geri qayıt