Əsas Səhifə > MANŞET > Dövlət Əmək Müfəttişliyi Xidməti Şamaxı Astrofizika Rəsədxanasına cərimə yazıb
Dövlət Əmək Müfəttişliyi Xidməti Şamaxı Astrofizika Rəsədxanasına cərimə yazıb23-07-2020, 21:58 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası barəsində inzibati protokol yazıb. Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsi ilə tərtib olunan protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilib. Bu inzibati xətaya görə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir. P.S. Bildiririk ki, Şamaxı Astrofizika Rəsədxanasının direktorunun Dövlət Əmək Müfəttişliyi tərəfindən inzibati qaydada cərimələnməsi əməkdaşımız Yanoş Məhərrəmovun şikayəti ilə bağlıdır.
Geri qayıt |