Əsas Səhifə > Dünya > Türk-yunan gərginliyi artır: Yunanıstan ordusu hazır vəziyyətə gətirilib

Türk-yunan gərginliyi artır: Yunanıstan ordusu hazır vəziyyətə gətirilib


22-07-2020, 20:34

 

Türkiyənin Aralıq dənizində seysmik tədqiqatlar aparması Yunanıstanın xoşuna gəlmir. Buna görə ölkələr arasında gərginlik yaranıb.


Şəffaflıq.az xəbər verir ki, Yunanıstan mətbuatı ölkə ordusunun hazır vəziyyətə gətirildiyini yazır. Seysmik araşdırma məsələsi yunanların ürəyincə deyil. Türkiyə Xarici İşlər Nazirliyi burada yeni, təəccüblənəcək bir şey olmadığını bəyan edib. Çünki türkiyəlilər əvvəllər də belə tədqiqatlar həyata keçirib. Sadəcə, yunanlar bu dəfə hesab edir ki, qonşu ölkə onun ərazisinə soxulur.

Türkiyə Meis adasının cənub və şimalında tədqiqatlar aparır. Bu isə yunanları çox qıcıqlandırıb. Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edir: “Biz sərhədlərimizi aşmırıq. “Barbaros Hayrettin Paşa” gəmisi keçmiş illərdə belə fəaliyyətlə məşğul olmuşdu”.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis alman həmkarı Angela Merkelin bölgədə hərəkətlənmə ilə bağlı narahat olduğunu söyləyib. Yunan nazir ona ətraflı məlumat verildiyini bildirib.

Geri qayıt