Əsas Səhifə > Dünya > Braziliyada 2 nazir koronavirusa yoluxdu

Braziliyada 2 nazir koronavirusa yoluxdu


21-07-2020, 08:42

 

Braziliyanın Təhsil naziri Milton Ribeyru və Mülki hüquqlar naziri Oniks Lorentsoni koronavirusa yoluxduqlarını açıqlayıblar.

Şəffaflıq.az bildirir ki, nazir Lorentsoni tvitterdə bunları yazıb:

“Cümə axşamı gecə mən COVID ilə əlaqəli ola biləcək əlamətləri hiss etməyə başladım; cümə günü PCR testi də daxil olmaqla, testdən keçdim və bu gün nəticəni aldım, məndə COVID aşkarlanıb”.

Təhsil naziri Milton Ribeyru da, həmçinin diaqnozu barədə tvitterdə məlumat verib. Koronavirus testi pozitiv nəticə verən nazir artıq müalicə olunduğu və distant işləyəcəyini qeyd edib.

Geri qayıt