Əsas Səhifə > Hadisə > Qəzada həlak olan polkovnik Cəlilabadda dəfn ediləcək
Qəzada həlak olan polkovnik Cəlilabadda dəfn ediləcək20-07-2020, 20:23 |
Bu gün yol qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən birinin qərargah rəisi, polkovnik Şahin Mirzəyev Cəlilabad rayonunda dəfn ediləcək. Şəffaflıq.az-ın məlumatına görə, mərhum rayonun Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi polkovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub. Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır. Geri qayıt |