Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Evdə təbii və ziyansız diş pastası hazırlamağın — YOLLARI
Evdə təbii və ziyansız diş pastası hazırlamağın — YOLLARI20-07-2020, 08:02 |
Şəffaflıq.az lent.az-a istinadla evdə asanlıqla edə biləcəyiniz təbii diş pastası reseptlərini sizə təqdim edir. Qeyd edək ki, evdə təbii diş pastası hazırlamaq üçün lazım olan məhsulları market və apteklərdən asanlıqla əldə etmək mümkündür. Kokoslu diş pastası 1 x/q. kakos yağı 3-4 damla nanə yağı 3 x/q.karbonat Nanə yağı verdiyi fərəhlik hissi ilə bərabər, ağız sağlamlığı üçün olduqca faydalıdır. Nanə yağı nəmləndirici, karbonat isə ağardıcı xüsusiyyətə malikdir. Hər üç məhsulu təmiz bir qabın içində, məcun halına gələnə qədər qarışdırıb, dişlərinizi fırçalayarkən rahatlıqla istifadə edə bilərsiniz. Tərkibindəki yağların ərimə ehtimalı olduğu üçün, pastanı arabir soyuducuya qoymağınız tövsiyə olunur. Sarıköklü diş pastası 1 ç/q. sarıkök 1 x/q. qabartma tozu Kokos yağı Bu məhlul dişləri ağartmaqda olduqca effekti nəticə verir. Hazırlanma qaydası isə sadə və rahatdır. Hər üç məhsulu pasta halına gələnə qədər qarışdırıb rahatlıqla ağız sağlamlığınız üçün istifadə edə bilərsiniz. Qozlu diş pastası 40 qram qoz qabığı 1 stəkan su Antibakterial xüsusiyyətləri sayəsində qoz, dişlərinizi zərərli maddələrdən təmizləyəcək. Bu pastanı hazırlamaq üçün elə də çox şeyə ehtiyac yoxdur. 40 qram qoz qabığını, 1 stəkan suyun içinə töküb 20 dəqiqə qaynadın. Bir müddət suyun soyumasını gözləyin. Diş fırçanızı 10 dəqiqə bu qarışığın içində saxlayıb, daha sonra eyni su ilə dişlərinizi fırçalayın. Prosesi bir müddət təkrarladıqdan sonra yaranan fərqi hiss edəcəksiniz. Geri qayıt |