Əsas Səhifə > Dünya > Çin neftin qiymətini aşağı salmağa çalışır
Çin neftin qiymətini aşağı salmağa çalışır18-07-2020, 09:28 |
“Brent” markalı neft son 4 ay ərzində ilk dəfə 45 dollar həddinə yaxınlaşıb. Amma başqa bir əngəl ortaya çıxıb.Şəffaflıq.az xəbər verir ki, Çin neft bazarını vurmağa başlayıb. Asiya dövləti yanacağın qiymətini aşağı salmağa çalışır. “Bloomberg” bununla bağlı material hazırlayıb. Yazıda Çinin planından bəhs olunur. Asiya nəhəngi bir müddət əvvəl xeyli neft alıbmış. İndi isə çinlilər yanacağı bazara çıxarmaqla qiyməti aşağı salmağa cəhd göstərir. Buna görə də sutka ərzində yanacağın dəyər itirməsi tendensiyası müşahidə edilib. OPEK+ üzvləri neftə tələbatın yavaş-yavaş artmasını nəzərə alaraq hasilatı çoxaltmağı düşünürdü. Bu zaman səhnəyə Çin çıxıb. Belə gedişlə yaxın zamanda neftin qiymətinin xeyli aşağı düşəcəyi gözlənilir. Geri qayıt |