Əsas Səhifə > Gündəm > Operativ Qərargah karantin rejimi ilə bağlı müraciət yayıb

Operativ Qərargah karantin rejimi ilə bağlı müraciət yayıb


18-07-2020, 00:46

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah müraciət yayıb.

Şəffaflıq.az xəbər verir ki, müraciətdə deyilir:

"Bildiririk ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat üçün açıqlamalarını ictimaiyyətə qeyri-dəqiqliklə təqdim edir. Belə ki, KİV və sosial şəbəkə vasitəçiləri yayımlanan rəsmi məlumatları təhrif olunmuş başlıq və mətnlərlə verməklə cəmiyyətdə çaşqınlıq və yanlış fikrin formalaşmasına yol açır.

Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar 17 iyul tarixli məlumatı ilə əlaqədar aşağıdakıları bir daha diqqətinizə çatdırırq:

16 rayon və şəhərdə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmışdır və qarşıdakı müddətdə 14 rayonda (Lənkəran və Samux rayonları istisna olmaqla) qüvvədə olacaqdır.

Eyni zamanda həmin 14 rayon və şəhərin ərazisindəki məhdudiyyətlərə bəzi yumşalmalar tətbiq olunacaqdır:

Belə ki, 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

Yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

Bir daha bütün kütləvi informasiya vasitələrini və sosial şəbəkə istifadəçilərini yayımlanan rəsmi məlumatları dəqiqliklə təhlil etməyə və ictimaiyyətin diqqətinə təhrif olunmadan çatdırmağa çağırırıq”.




Geri qayıt