Əsas Səhifə > SİYASƏT > Deputat: “Müxalifətin ümummilli məsələlərdə Prezidentin ətrafında birləşməsi dövlətçilik nümunəsidir”
Deputat: “Müxalifətin ümummilli məsələlərdə Prezidentin ətrafında birləşməsi dövlətçilik nümunəsidir”17-07-2020, 16:07 |
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda sözün əsl mənasında həmrəylik yaranıb. Yaranmış durumda siyasi baxışı və düşüncəsindən asılı olmayaraq Ali Baş Komandana, ordumuza dəstəklərini ifadə etməkdədirlər. Siyasi müxalifət partiyalarının ümummilli məsələlərdə cənab Prezidentin ətrafında birləşib, həmrəylik nümayiş etdirməsi dövlətçilik nümunəsi və ənənəsinin formalaşmasının göstəricisidir”. Bunu öz açıqlamasında millət vəkili Ülvi Quliyev deyib. Millət vəkilinin sözlərinə görə, hər zaman olduğu kimi Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə torpaqlarımıza göz dikib, təcavüzkar siyasətini davam etdirmək istədiyi zamanda hamı bir nəfər kimi, yeniyetmədən yaşlı insanlaradək Ali Baş Komandanın ətrafında sıx birləşib, onun əmrinə hazır olduqlarını bildirirlər. “Belə bir gündə biz bu gün təkcə xalqın deyil, eyni zamanda fərqli siyasi baxış və düşüncəyə malik partiyaların da orduya dəstək verməklə yanaşı, Ali Baş Komandanın yanında olduqlarını birmənalı formada bəyan etdilər. 43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə Ali Baş Komandan dəstək qeyd olunur: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”. Bu Azərbaycan cəmiyyətinin bütövlükdə həmrəyliyinin bariz nümunəsidir və çox sevindirici və qürurverici bir haldır.”- deputat qeyd edib. Deputat əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən iqtidarlı, müxalifətli fərqli baxışlara malik siyasi partiyaların milli maraqlar naminə bir araya gələrək vahid mövqedən çıxış etməsi bizim çoxdan gözləyib, arzu etdiyimiz bir məsələ idi: “Biz hər zaman digər ölkələrin siyasi səhnəsində ən müxtəlif qütblü siyasi qüvvələrin milli maraqlar naminə bir araya gəlməsinə qibtə etmişik və belə bir siyasi mədəniyyətin ölkəmizdə də mövcud olmasını arzulamışıq. Ən nəhayət belə bir ənənə bizdə də formalaşmaqdadır. Siyasi rəqiblərin milli maraqlar və Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşməsi çox müsbət haldır. Alıqşlanmalıdır və biz bunu çox yüksək dəyərləndiririk. Çünki siyasi rəqiblərin bir araya gəlib həmrəliyk nümayiş etdirməsi həm vətənpərvərlik ruhunun yüksəlməsinə, həm də insanlarımızın qələbə əzmini, sabaha olan inamını artırır. Bu eyni zamanda Azərbaycan dövlətinin dünyada gücünü, qüdrətini artırır. Bu həmrəylik beynəlxalq müstəvidə Ermənistan-Azərbaycan münaqişəsinin həlli baxımından da mühüm əhəmiyyət kəsb edir”. Şəffaflıq.az Geri qayıt |