Əsas Səhifə > Müsahibə > Mirsamir Məmmədov: "Milli Məclisə hücum edənlərin hədəfi xalq-dövlət birliyini pozmaq idi"

Mirsamir Məmmədov: "Milli Məclisə hücum edənlərin hədəfi xalq-dövlət birliyini pozmaq idi"


16-07-2020, 23:48

 
Onlar Milli Məclisə hücum etməklə‚ xalqımızın milli birliyinə‚ dövlət və xalq həmrəyliyinə qarşı təxribat törətmiş oldular. Qanunverici Orqanın inzibati binasına zor yoluyla daxil olaraq orada dağıntılar törətmək ağır cinayətdir. Xalqın dövlətə dəstək şüarlarından süi-istifadə edib təxribat törədənlər ağır şəkildə cəzalanmalıdır.

Bunu mətbuata açıqlamasında iyulun 14-də xeyli sayda insanın Şəhidlər Xiyabanına gələrək dövlətə və orduya dəstək şüarları səsləndirməsi zamanı bir qrup təxribatçının həyata keçirdiyi təxribat əməllərindən danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib.

O, bildirib ki‚ məlum olduğu kimi dünən xalqımızın ordumuza və əsgərlərimizə dəstək yürüşündə bir qrup təxribatçı qüvvə düşmən dəyirmanına su tökmək istədi. Xalqımızın və insanlarımızın səmimiyyətindən və yüksək vətənpərvərliyindən qaynaqlanan ordumuza və dövlətimizə dəstək yürüşündə insanların arasına qarışaraq sadə insanlarla yürüşdə iştirak edən və xain qüvvələrin‚ məkrli ermənipərəst dairələrin‚ anti-Azərbaycançı mərkəzlərin və bilavasitə erməni lobbisinin diktəsini icra edən həmin bir qrup ekstremist və təxribatçı cinayətkar dəstə dövlətimizə və ordumuza dəstək ifadə edən sadə xalq kütləsindən ayrılaraq iğtişaş törətməyə çalışmışlar. Onlar polis avtomobillərinə hücum edərək‚ polis avtomobillərinə ziyanlıq vuraraq‚ asayış keşikçilərinə də xəsarətlər yetirməyə çalışmış və beləcə Azərbaycan Respublikasının Milli Məclisinin inzibati binasına daxil olaraq orada təxribatlar törətmiş və binanın daxilində ekstremist və dağıdıcı hərəkətlər həyata keçirərək Milli Məclisin inzibati binasına və binanın daxilindəki bir çox invertarlara dağıdıcı ziyanlıq vurmuşlar.

 Bu hal‚ birbaşa erməni dəyirmanına su tökməkdir. Bu hal xarici qüvvələrin ölkəmizə və xalqımıza qarşı iyrənc düşmənçilik siyasətinə xidmət etməkdir. Həmin azğın və gözü dönmüş vəhşi xislətli təxribatçı və ekstermis qruplar qanunlarımızla ən sərt formada cəzalandırılmalıdırlar.

Şəffaflıq.az

Geri qayıt