Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > İlham Əliyevdən AzTV ilə bağlı MÜHÜM SƏRƏNCAM
İlham Əliyevdən AzTV ilə bağlı MÜHÜM SƏRƏNCAM14-02-2019, 14:16 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Şəffaflıq.az xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin". Geri qayıt |