Əsas Səhifə > Gündəm > MN: Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalır

MN: Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalır


16-07-2020, 08:31

 

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Şəffaflıq.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Geri qayıt