Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > 7 minə yaxın obyektdə qaydalar pozulub
7 minə yaxın obyektdə qaydalar pozulub15-07-2020, 21:35 |
Ticarət və xidmət obyektlərində xüsusi karantin rejimi tələblərinə əməl edilməsinə nəzarət tədbirləri davam etdirilir Şəffaflıq.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin iyulun 14-də keçirdiyi monitorinqlərdə Yasamal rayonunda “Əla market”də, “Bəyaz market”də, “Xəmirçi un məmulatları” mağazasında, "Nemes Trade” MMC-yə məxsus “Balıq məhsulları mağazası”nda, Rüfət Nəcəfova məxsus “Dönərxana”da, Xətai rayonunda “Zeytun Aptek”də, Binəqədi rayonunda “Dönər köşkü” ictimai-iaşə obyektində, “2 Qardaş Market”də, Rauf Quluyevə məxsus ət mağazasında, Nizami rayonunda Sənan Babayevə məxsus telefon aksessuarları mağazasında, Məmməd Tağıyevə məxsus ətir mağazasında, Nərimanov rayonunda "Buta Farm" MMC-yə məxsus “Ozon Aptek”də, Səbail rayonunda Hicran Quliyevə məxsus ərzaq mağazasında, Nəsimi rayonunda “Nənəmin təndiri” ictimai-iaşə obyektində, Hüşəng Rayiyə məxsus “Dönər köşkü”ndə, Hikmət İsmayılzadəyə məxsus “Lombard”da, Xətai rayonunda Zahir Mamedova məxsus ərzaq mağazasında, Lənkəranda “Uğur avto ehtiyat hissələri”, “Samanyolu inşaat” mağazalarında, “Samsung elektronika malları mağazası”nda, “Cavid market”də, "Abidə" MMC-yə məxsus “İnşaat malları” mağazasında, Balakən rayonunda Bəxtiyar Qayışova məxsus bərbərxanada, Hədiyyə Puçaxovaya məxsus çayxanada, Füzuli rayonunda “Mandarin market”də, Ağalar Quliyevə məxsus marketdə, Tünzalə Musayevə məxsus “Baytarlıq apteki”ndə, Bərdə rayonunda “Şahinoğlu” və “Market 09” ticarət obyektlərində, ümumilikdə, monitorinq aparılmış 515 obyektin 110-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib. Monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2020-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib. İyulun 14-də nəzarət-yoxlama tədbirləri keçirilmiş obyektlərin 43-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub. Qeyd edək ki, mayın 22-dən iyulun 15-dək monitorinq aparılmış 16648 sahibkarlıq subyektindən 6888-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb. Geri qayıt |