Əsas Səhifə > Dünya > Almaniyada türk restoran sahiblərini hədələyirlər: “Yox ediləcəksiniz”

Almaniyada türk restoran sahiblərini hədələyirlər: “Yox ediləcəksiniz”


14-07-2020, 22:23

 

Almaniyanın Hannover şəhərində türk restoran sahiblərinə təhdidlə dolu məktublar göndərilib. Burada məscidlərin yandırılacağı bildirilib.


Şəffaflıq.az xəbər verir ki, Hannover polisi türk restoran sahiblərinin hədələnməsi ilə bağlı araşdırmaya başlayıb. Daha çox solçuların yaşadığı yer kimi bilinən Steyntorda böyük savaşdan bəhs edən kağızlar göndərilib. İmza yerində “Die Deutschen” (Almanlar) yazılıb.

NDR telekanalına danışan restoran sahiblərindən Mehmet Kılıç iyulun 12-də ona məktub göndərildiyini, polisə dərhal xəbər verdiyini söyləyib. 26 ildir Almaniyada yaşayan türk sahibkar məktubda “yox ediləcəksiniz”, “rədd olun”, “pis əcnəbilər”, “sizə nifrət edirik” ifadələrinin yer aldığını bildirib.


Hannoverin baş prokuroru Tomas Klinge məsələyə ciddi yanaşdıqlarını deyib. Onun sözlərinə görə, hədələyənləri ələ keçirmək üçün bütün imkanlardan istifadə edəcəklər.

Geri qayıt