Əsas Səhifə > Dünya > Gürcüstanda məhdudiyyətlərin müddəti ilin sonunadək uzadıldı
Gürcüstanda məhdudiyyətlərin müddəti ilin sonunadək uzadıldı14-07-2020, 21:17 |
Gürcüstan hökumətinin ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb. Şəffaflıq.az xəbər verir ki, ölkə parlamenti bununla bağlı “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini 79 səslə təsdiqləyib. Qanuna əsasən, hökumət bu ilin sonunadək vətəndaşların hərəkəti, onların iqtisadi fəaliyyətini məhdudlaşdıra, həmçinin kütləvi tədbirlərin keçirilməsini qadağa edə bilər. Hökumət həmçinin insanları karantin və ya özünütəcridə göndərmək hüququna da malik olacaq. Qeyd edək ki, Gürcüstan hökumətinin koronavirusun yayılmasının qarşısının alınması üçün məhdudiyyətlər tətbiq etmək səlahiyyəti iyulun 15-də başa çatır. Qonşu ölkə COVID-19 pandemiyasının ikinci dalğasını gözləyir və hökumət epidemioloqlarla birgə onun qarşısını almağa hazırlaşır. Geri qayıt |