Əsas Səhifə > Dünya > Daşqınlar Çinə 11 milyard ABŞ dolları ziyan vurub
Daşqınlar Çinə 11 milyard ABŞ dolları ziyan vurub13-07-2020, 08:34 |
Çində cari ilin iyun ayının sonundan etibarən başlayan leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 141 şəxs həlak olub. Şəffaflıq.az “Report”a istinadən xəbər verir ki, təbii fəlakət ölkəyə təxminən, 82,23 milyard yuan (11,76 milyard ABŞ dolları) məbləğində ziyan vurub. Qeyd olunub ki, hazırda 1,3 milyondan çox insanın təcili yardıma ehtiyacı var. Daşqınlar ölkədə bu və ya digər dərəcədə 37,89 milyona yaxın insana təsir edib. Təbii fəlakət nəticəsində 27 vilayətdə 28 min yaşayış binası dağılıb. Geri qayıt |