Əsas Səhifə > Dünya > İran Suriyanı İsraildən qoruyacaq - Zenit-Raket Komplekslərinin köməyi ilə
İran Suriyanı İsraildən qoruyacaq - Zenit-Raket Komplekslərinin köməyi ilə12-07-2020, 22:45 |
Bu həftə Tehranla Dəməşq arasında bağlanan müqavilə Suriya ərazisində özünün azı iki tip Zenit-Raket Kompleksini (ZRK) yerləşdirmək üçün İrana imkan yaradacaq. Bu barədə məlumatlı mənbələrə istinadla, iyulun 11-də «Tehran Times» qəzeti yazıb. Göstərilir ki, İran-Suriya sazişi hərbi və siyasi hissələrdən ibarətdir. Hərbi hissənin ən mühüm istiqaməti İranın ərəb müttəfiqini «qabaqcıl hava-hücumundan müdafiə sistemləri» (Vayar-373 və Khordad-3) ilə təmin etməsi məsələsidir. Mənbələrin məluatına görə, bununla Tehran və Dəməşq İsrailin hərbi-hava qüvvələrinin Suriyadakı İran qüvvələrnə qarşı arası kəsilməyən hücumları fonunda «ərəb respublikasının hava məkanında döyüş fəaliyyətinin oyun qaydalarını dəyişmək qərarına gəliblər». Qeyd edək ki, "Vayar-373" İran istehsallı olan uzaq məsafəli Zenit-Raket Kompleksidir (ZRK) və rəsmi olaraq 2019-cu ilin avqustunda təqdim edilib. "Khordad-3" isə uzaq məsafəli, İran istehsallı hava-hücumundan müdafiə sistemidir (təsir radiusu 50-75 kilometrdir). İran bu sistemdən istifadə edərək, 20 iyun 2019-cu il tarixində ABŞ HPQ-nin pilotsuz uçağını Fars körfəzində vurmuşdu. KİV-nin məlumatına görə, bunlardan əlavə, saziş Suriyanın hava-hücumundan müdafiə sisteminin İran tərəfindən möhkəmləndirilməsini nəzərdə tutur. Livanın «Əl-Əkbər» qəzeti xəbər verib ki, general Bağıri Dəməşqdə «qeyri-qanuni xarici güclərin Suriyadan çıxarılmasının və İsrail uçuşlarının qarşısının alınmasının əhəmiyyətini» müzakirə edib. Şəffaflıq.az Geri qayıt |