Əsas Səhifə > Gündəm > Daha bir həkim koronavirusdan vəfat etdi

Daha bir həkim koronavirusdan vəfat etdi


12-07-2020, 18:00

 

Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronavirusa yoluxan həkimi, 1955-ci il təvəllüdlü İbadət Ağayev vəfat edib. 

Şəffaflıq.az-ın məlumatına görə, İ.Ağayev bu gün müalicə olunduğu "Yeni klinika"da dünyasını dəyişib.

Qeyd edək ki, koronavirusla mübarizədə aktiv iştirak edən İ.Ağayevin ötən ayın sonunda verdiyi test analizinin nəticəsi pozitiv çıxıb. O, bir müddət Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Daha sonra vəziyyəti ağırlaşdığından iyunun 30-da Bakı şəhərində yerləşən "Yeni klinika"ya köçürülmüşdü.

Geri qayıt