Əsas Səhifə > Gündəm > Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var

Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var


12-07-2020, 17:57

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi və biz şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

Şəffaflıq.az

Geri qayıt