Əsas Səhifə > Dünya > Almaniyada daha 248 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Almaniyada daha 248 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb12-07-2020, 17:42 |
Almaniyada yeni növ koronavirus infeksiyasına (COVID-19) son sutka ərzində 248 yeni yoluxma qeydə alınıb, daha 3 nəfər bu virusun qurbanına çevrilib. Şəffaflıq.az verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tabeliyində olan və COVID-19-la bağlı statistika aparan Robert Kox institutu məlumat yayıb. Bundan bir gün əvvəl 378 yoluxma və 6 ölüm faktının qeydə alındığı bildirilmişdi. İnstitutun məlumatına görə, Almaniyada ümumilikdə 198 804 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənib, onlardan 9063-ü vəfat edib, təxminən 184,6 min insan isə müalicə olunaraq sağalıb. Ən çox yoluxma halları Bavariyada (49 204), Şimali Reyn-Vestfaliyada (44 915) və Baden-Vürtemberqdə (36 041) rast gəlinib. Berlində indiyədək 8637 nəfərdə koronavirus aşkar olunub. Geri qayıt |