Əsas Səhifə > Dünya > İspaniya və İtaliyada virusa yoluxanların sayı artmağa başlayıb

İspaniya və İtaliyada virusa yoluxanların sayı artmağa başlayıb


10-07-2020, 23:47

 

Yazın sonlarında İspaniya və İtaliyada koronavirusla bağlı vəziyyət çox pisləşmişdi. Amma yay girincə Cənubi Avropa ölkələrində durum sabitləşməyə başladı.


Şəffaflıq.az xəbər verir ki, son günlər İspaniya və İtaliyada yenə virusa yoluxanların sayının artması müşahidə olunur. Təkcə son üç günə nəzərə yetirmək kifayətdir. İspaniyada srağagün 383 nəfərdə infeksiya aşkarlanmışdı. Dünən say 543-ə yüksəlmişdi.

Bu gün isə 852 nəfərin virus testinin müsbət nəticə verdiyi bildirilir. Halbuki ispanların ölümsüz başa vurduğu sutka da olmuşdu.

İtaliyada da say az-az artır. Srağagün 193 nəfərin virusa yoluxmasından danışılırdı. Dünən 214 nəfərdə infeksiya aşkarlanması bildirilmişdi. Bu gün isə say 276 olub. Sutka ərzində 12 nəfərin ölümü də nikbin düşünməyə imkan vermir.


Ümumiyyətlə, indiyə qədər İspaniyada 300 min 988, İtaliyada 242 min 639 nəfərdə indeksiya müəyyənləşib. İspaniyada 28 min, İtaliyada 34 mindən çox vətəndaş epidemiya üzündən həyatını itirib.

Geri qayıt