Əsas Səhifə > SİYASƏT > Elmar Məmmədyarov: "İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur"

Elmar Məmmədyarov: "İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur"


10-07-2020, 20:55

 

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub.

Şəffaflıq.az Unikal.org-a istinadən xəbər verir ki, Xarici İşlər naziri Elmar Məmmədyarov baş verənlərə təəssüfləndiyini bildirib:

"Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm.

İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur".

Geri qayıt