Əsas Səhifə > Dünya > İranda son sutkada COVID-19-dan rekord sayda ölüm oldu
İranda son sutkada COVID-19-dan rekord sayda ölüm oldu9-07-2020, 19:33 |
İranda son sutkada koronavirusdan rekord sayda - 221 ölüm faktı qeydə alınıb. Şəffaflıq.az “Mehr”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib. Ölkədə son sutkada yoluxanların sayı 2 079 nəfər artaraq 250 458-ə yüksəlib. Onlardan 212 176 pasiyent müalicə olunaraq sağalıb, 12 305 nəfər isə vəfat edib. Qeyd edək ki, Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib. Geri qayıt |